adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Iyul 2020 19:00
18455
İDMAN
A- A+

Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək

Bu ilin martında Bakıda keçirilməsi planlaşdırılmış, lakin koronavirusa görə ləğv edilmiş karate üzrə Avropa çempionatı beş il sonra təşkil olunacaq.

Bu gün Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi videokonfrans keçirib.

Onlayn konfransda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da iştirak edib.

İclasda 2021-2025-ci ildə keçiriləcək bəzi yarış və tədbirlərin təqvimi və məkanı müəyyənləşib. EKF 2025-ci ildəki Avropa çempionatının paytaxtımızda baş tutmasına qərar verib.

Bundan başqa, yeniyetmə, gənclər və 21 yaşadək karateçilərin Avropa çempionatının 2021-ci ilin fevralında Finlandiyanın Tampere, böyüklərin qitə birinciliyinin isə 2021-ci ilin mayında İsveçin Qöteborq şəhərində olması təsdiqlənib.

Həmçinin, 2021-ci ilin iyulunda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa Universitet İdmanları Assosiasiyası Oyunlarında karatenin salınmasına qərar verilib.