Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında cəbhədəki vəziyyətlə bağlı paylaşım eldib.
Adalet.az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq!
Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm.
Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”
Digər Xəbərlər
23 Aprel 2024 10:18
Qırğızıstan prezidenti Ağdama gedəcək
23 Aprel 2024 10:16"Son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik" - Paşinyan
23 Aprel 2024 09:07İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTOLAR + YENİLƏNİB
23 Aprel 2024 09:05"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan
22 Aprel 2024 19:50