adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Iyul 2020 15:58
14071
DÜNYA
A- A+

Bolqarıstanda xalq ayağa qalxdı - Prezident baş naziri istefaya səslədi

Bolqarıstanda 4 gün əvvəl hökümətə qarşı başlayan aksiyalar ölkəyə yayılmağa başlayır. Sofyadakı Baş Nazir Bayko Borisovun binası önündə yığılan minlərlə adam höküməti istefaya çağırıb.

Aksiyalar paytaxtla yanaşı Filibe, Varna, Burqaz, Rusçuk kimi böyük şəhərlərdə geniş vüsət alıb. Xalq küçələrə axışıb.

Əsasən sakit keçən aksiyalarda ara-sıra polislə qarşıdurma yaşanıb və 2 polis yaralanıb.

Prezident Radev dünən axşam məsləhətçilərinin tutulması ilə bağlı Baş Nazir Borisov hökümətini və baş müvəkkili günahlandırıb və istefasını tələb edib.

Prezident Radev Borisovu oliqarxlarla iş birliyi etdiyini iddia edib. Çıxışında AB ölkələrinə də səslənən prezident "AB-nin demokratik bir Bolqarıstana ehtiyacı var”deyib.

Prezidentin bu çıxışından sonra baş nazir Borisov sosial şəbəkə hesabından etirazçılara səslənib. O, paylaşımında xalqı polisə hörmətlə davranmağa və qan tökməməyə çağırıb.

Qeyd edək ki, prezident Radevin məsləhətçilərindən biri dövlət sirrini yaymaqda, digəri isə nüfuzunu və işini öz çıxarları üçün istifadə etməkdə günahlandırılır.