adalet.az header logo
  • Bakı 17°C
13 Iyul 2020 14:59
59843
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: MÜBARƏK...

Bitib, tükəndi son guman,
Dağıl, başımdakı duman.
Gözlədiyim, zaman-zaman -
Qələbəm mübarək -
zirvəm mübarək...

Dərd yükümü başa yığdım,
Silahlanıb önə çıxdım!..
Ruhumun əlini sıxdım -
Qələbəm mübarək -
zirvəm mübarək!..

Dərdi daşımaq qurtardı,
Dərddən danışmaq qurtardı...
Utanc yaşamaq qurtardı -
Qələbəm mübarək,
zirvəm mübarək!..

Yolum qaranlığı yardı
Şəhid ZİRVƏSİni sardı!
Ölüm - bu halımdan xardı -
Qələbəm mübarək,
ZİRVƏM mübarək!