adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Iyul 2020 12:05
10116
GÜNDƏM
A- A+

Zaur Əhməd: Görsən, atama da Salam de...

Həyatda ən qısa xatirəm onunladır. Onunla tanış olanda məni özünə doğma hiss eləmişdi, elə mən də onu. Bu fotoda onun yanında oturmağım da təsadüf deyildi. "Qəhrəman oğlu, sən gəl yanımda ötür", - dedi. Mən az-az adamların gözündə Vətən görmüşəm, onlardan biri Raquf Orucov idi. Adam başdan-ayağa Vətən idi. Onunla bağlı çox şey danışa bilərəm, amma sözlər yetərsiz olacaq. Hələlik elə bu foto ilə mən də "qəhrəmanın yanındakı oğlan" kimi yaddaşlara həkk olunuram. Bu fotonu kim görürsə, səni məndən soruşur. Mən də qürurla danışmağa başlayıram...

Bu gün doğum günüdür. Şərəfli bir ömrün başlandığı gün. İndi isə Şəhidlər Diyarına koçmüsən...
Ruhun şad olsun, KOMANDİR. Şəhidlər diyarındakılara salam olsun. Görsən, atama da Salam de...