adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Iyul 2020 23:16
17877
İDMAN
A- A+

Ronaldinyodan xəbər var – Məhkəmə qərar verdi

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda ev həbsində qalacaq.

Qol.az xəbər verir ki, bu haqda "Globo Esporte” məlumat yayıb. Bildirilir ki, məhkəmə ev dustaqlığından azad olunması barədə 40 yaşlı sabiq oyunçunun şikayətini rədd edib. Bu isə o deməkdir ki, yeni məhkəmə prosesi başlanana kimi Ronaldinyo ev həbsində qalacaq.

Xatırladaq ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla getdikləri üçün həbs ediliblər. Onların cəzası sonradan 1,6 milyon dollar müqabilində ev həbsi ilə əvəzlənib. Bu müddəti hər iki qardaş oteldə keçirir.