adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyul 2020 23:07
14266
HADİSƏ
A- A+

Bakıda iki azyaşlı qızı avtomobil vurub

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, "Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan doqquzyaşlı Yusifova Aysun Əmirhüseyn qızı və səkkizyaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyadadırlar.