adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyul 2020 22:28
47965
KRİMİNAL
A- A+

Bakıda iki dost güllələndi

Bakıda silahlı insident baş verib.

"Report”unməlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki,1992-ci il təvəllüdlüMikayılov Əliağa Əkrəmoğlu və onun dostu1988-cı il təvəllüdlüQasımov Faiq Babaquluoğlu mübahisə etdiyi şəxs və ya şəxslər tərəfindən güllələniblər.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı Ə.Mikayılovda sağ bud nahiyəsinin dəlib keçən bir ədəd güllə yarası, F.Qasımovda isə sol budun dəlib keçən bir ədəd güllə yarası aşkarlanıb.Hər iki yaralıəməliyyat olunub.

Qeyd edək ki, Əliağa Faiqgilə qonaq gəlib və hadisə onun həyətində baş verib.

Hazırda cinayətin təfərrüatı araşdırılır.