adalet.az header logo
  • Bakı 20°C
12 Iyul 2020 14:09
13067
MƏMLƏKƏT
A- A+

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmayıb

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarından götürülən test nümunələrinin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, təxliyə olunacaq 200 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

Vətəndaşlarımız iyulun 13-də saat 10:00-da Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısından avtobuslarla "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.