adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyul 2020 20:26
16500
SİYASƏT
A- A+

Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.

Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.