adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyul 2020 19:05
44660
İQTİSADİYYAT
A- A+

Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi

Əmanətlərin Sığortalanması Fondunun "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilmiş və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınmışdır.

Nazirlər Kabinetindən Adalet.aza-a verilən məlumata görə, Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.