adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Iyul 2020 13:03
50929
KRİMİNAL
A- A+

Azərbaycanda dəhşətli qətl: İki qardaş əmilərini baltaladı

Ucar sakini öldürülüb.

APA-nın xəbərinə görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, B.Abbasov qohumları tərəfindən öldürülüb.

Faktla bağlı mərhumun qardaşının övladları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma aparılır.