adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Iyul 2020 21:31
13246
MƏMLƏKƏT
A- A+

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi: “Bundan sonra necə yaşayacağam?”

"Oğlumun dəfninə gedə bilmədim, çox ağırdır mənə”.

Yenicag.az-a açıqlama verən Xalq artisti Canəli Əkbərov oğlunun ağır itkisindən danışarkən belə deyib.

Xanəndə xəstə olduğu üçün dəfn mərasiminə qatılmayıb:

"Ailəmin hamısı getdi, xəstə olduğum üçün gedə bilmədim. Heç bilmirəm, oğlumdan sonra necə yaşayacağam. Ata üçün bundan böyük dərd yoxdur”.

Xalq artisti oğlunun xəstəlik nəticəsində dünyasını dəyişdiyini bildirib.

Mərhum Lənkəran rayonunun Tükəvilə kəndində dəfn olunub.