adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyul 2020 18:15
14738
MƏMLƏKƏT
A- A+

Sərt karantin rayonlarının bəziləri siayhıdan çıxarıla bilər - RƏSMİ AÇIQLAMA

Epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq sərt karantin rayonların bəziləri çıxarıla bilər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq bu siyahıya başqa rayonkar da əlavə edilə bikər: "Bu rayonlardakı vəziyyətdən asılıdır. Karantin elan olunmayan ərazilərdə epdemoloji vəziyyət nəzarət altındadır. Digər rayonlarda da vəziyyət idarə olunan olsa, karantin siyahısından çıxarıla bilər".