adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyul 2020 14:52
14126
DÜNYA
A- A+

Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib

Türkiyədə koronavirusun yayılması ilə əlaqədar ictimai məkanlarda, xüsusilə də marketlərdə nəzarət tədbirləri gücləndirilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar verib.

Yeni qaydalara əsasən, bütün marketlərdə nazirliyin bir əməkdaşı olacaq və əhalini COVID-19 barədə məlumatlandıracaq.

Bundan başqa, market əməkdaşları uniformaları hər gün dəyişməli olacaq. Marketlərdə ara məsafə iki metrdən dörd metrədək artırılıb.

Qeyd edək ki, bugünədək Türkiyədə koronavirusa yoluxanların sayı 209 min nəfərə yaxındır, 5 282 nəfər isə virusun qurbanı olub.