adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Iyul 2020 12:13
56237
ŞOU-BİZNES
A- A+

Bir müğənnidən iki xəbər: “Saxta brend”iddiası və fotolara çökmüş lüks həyat...

Əvvəlcə qeyd edək ki, Şəbnəm Tovuzlu istər qalmaqallı açıqlamaları, həmkarları ilə küsülülüyü, onlara atmaca atması, istər geyimi, istər şəxsi həyatı ilə bağlı hər zaman gündəmdə qalmağıdə qalmağı bacarıb. Bu dəfə isə izləyicilər özü Şəbnəmi gündəm etmək fikrinə düşüblər.

İzləyicilərin iddiasına görə, müğənni çox vaxt məşhur brendlərin geyimlərinin saxtalarını geyinib.

Adalet.az xəbər verir ki, qalmaqallı sənətçi bu dəfə də "Moschino” firmasına məxsus olsa da üzərinə "Oschino” yazılı don geyinib. Şəbnəm Tovuzlu həmin donu instagramda bir butikdən aldığını qeyd edib.Həmin "Oschino” firmasına məxsus donun qiyməti isə, butikdə 18 manatdır.

Qeyd edək ki, izləyicilər onu ucuz geyimlər geyinməsi ilə bağlı həmişə tənqid ediblər. "Niyə belə ucuz paltarlar geyinirsiz? Bu nə kurtkadır? Pulunuz da var, klipi yola vermisiz" kimi şərhlər yazaraq Şəbnəmə irad bildiriblər.


Müğənni isə cavabında "Geyimləmi ölçürsüz insanlığı? Öncə adam olmaq laızmdır və 5 manat da olsa yaraşanı geyinmək lazımdır. Bu klip deyil, sadə kamera ilə çəkilən görüntüdür. Ucuz geyim ola bilər. Baha da var. İnsanların ucuz olmağı müsibətdir", - deyə yazıb.

Şəbnəm demişkən, koronovirus pandemiyası ilə əlaqədar olaraq respublikada ciddi karantin rejimi hökm sürür və bu il şou-biznes əhli lüks məkanlarda istirahət edə bilməyib. O üzdən ötən illərdəki istirahət etdiyi anlarda çəkdirdikləri şəkilləri sosial şəbəkə hesabında yenidən paylaşırlar. Elə müğənni Şəbnəm Tovuzlu da arxiv fotosu ilə marağa səbəb olub. Fotoda Şəbnəmin hovuzda olması diqqət çəkib.

Əntiqə Rəşid