adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyul 2020 10:15
19141
İDMAN
A- A+

“Neftçi”də yeni məşqçi

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

47 yaşlı mütəxəssislə bir il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub.

2018-ci ildə klubun əvəzedici komandasının baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.