adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Iyul 2020 09:10
16708
SAĞLAMLIQ
A- A+

Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı

COVID-19-dan sağalan insanlarda ən geniş yayılan fəsadlar ağciyərlərin və ürəyin zədələnməsidir. Bu mənada ən çox rast gəlinən fəsad miokarditdir.

TASS-ın məlumatına görə, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, koronavirusu ağır keçirən xəstələrin bərpa prosesinə ehtiyacı var.

"Bədənin tükənməsi səbəbindən bu insanlarüçün böyük fiziki fəaliyyətlər ilkin mərhələdə mümkün olmayacaq”, - deyə, oəlavə edib.

Bundan əvvəl bildirilmişdi ki, koronavirus infeksiyası keçirmiş kişilərdəsonsuzluqyarana bilər. Tibb işçilərininsözlərinə görə, COVİD-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır.