adalet.az header logo
  • Bakı 18°C
09 Iyul 2020 21:26
15408
DÜNYA
A- A+

Moskvada qoruyucu maska taxmaq tələbi yumşaldılır

Rusiya paytaxtının meri Sergey Sobyaninin sərəncamına əsasən, iyulun 13-dən etibarən Moskva küçələrində məcburi maska taxmaq rejimi ləğv olunacaq.

"İnterfaks” agentliyi xəbər verir ki, bu barədə məlumat Moskva şəhər meriyasının saytında yayımlanıb.

Qeyd edilir ki, ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maskadan istifadə əvvəlki kimi vacibdir və sosial məsafəni qorumaq tələbi qüvvədə qalır.