adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyul 2020 21:14
16117
DÜNYA
A- A+

Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi

"Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqalın saxlanılmasına etiraz əlaməti olaraq bütün Liberal Demokrat Partiyasının fraksiyası parlamentdəki səlahiyyətlərindən imtina edə bilər”.

"İnterfaks”ın məlumatına görə, bunu partiya sədri Vladimir Jirinovski deyib.

V.Jirinovski bunuparlamentin aşağı palatasının iclasında bildirib. Deputat qeyd edib ki, etirazlara digər partiyaların təmsilçiləri də qoşula bilər.

Partiya sədri RLDP-nin dövlət orqanlarında vəzifə sahibi olan digər nümayəndələrinin də istefaya gedə biləcəyini vurğulayıb.