adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Iyul 2020 20:31
18535
İDMAN
A- A+

Tunisli idmançılar Bakıda koronavirus testindən keçirildi - VİDEO

Sərhədlər bağlı olduğu üçün ölkəmizdə qalan Tunisin ağırlıqqaldırma üzrə millisinin dörd idmançısı və baş məşqçisi koronavirus testindən keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq ağır atletlərin Bakıdan İstanbula getməsi üçün təyyarəyə bilet bron edilib.

Onlar bu gün Bakıdakı laboratoriyalardan birində koronavirus testindən keçiblər. Əgər sabah onların testlərinin nəticələrineqativ çıxarsa, baş məşqçi və idmançılar iyulun 9-u saat 11:30-da İstanbula gedən təyyarədə yerini ala biləcək. İstanbuldan isə onlar Tunisin eyniadlı paytaxtına yola düşəcək.

Qeyd edək ki, Kərəm Ben Hnia, Aymen Başa adlı iki kişi, Nuha Landulsi və Şaima Rahmuni adlı iki qadın idmançı misirli baş məşqçi Xalid Koraninin rəhbərliyi altında martın 4-dən Azərbaycandadır. Onlar Afrika çempionatına hazırlıq məqsədilə Bakıya təlim-məşq toplanışına gəlsələr də, sərhədlər bağlandığından, burada qalıblar.