adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyul 2020 17:08
18567
SİYASƏT
A- A+

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun könüllülərlə videokonfrans formatında görüşü keçirilib.

Dövlət Miqrasiya Xidmətindən Adalet.az -a verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatı tərəfindən reallaşan konfrans "Azərbaycan könüllülər hərəkatı: Milli həmrəylik, sosial məsuliyyət və fərdi inkişaf” mövzusuna həsr olunub.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov könüllülük fəaliyyətinin, gələcəkdə peşəkar kadr hazırlığı istiqamətində təcrübənin toplanılması baxımından əhəmiyyətini vurğulayıb.

Bunun həm də kommunikasiya nöqteyi-nəzərindən vacibliyini qeyd edib. Xidmət rəisi, həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin işini yüksək qiymətləndirərək, xüsusilə pandemiya dövründə Miqrasiya könüllüləri, eləcə də bir çox könüllülük təşkilatlarının maarifləndirmə tədbirlərində yaxından iştirakına diqqət çəkib.

Videokonfransda Miqrasiya Könüllüləri ilə yanaşı, müxtəlif könüllü təşkilatlarından 100-ə yaxın gənc iştirak edib.

Sonda Vüsal Hüseynov könüllülərin suallarını cavablandırıb.