Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”
ATƏT-in Minsk qrupu həmsədrlərinin işi yeyib-içmək, vaxtı uzatmaq və ermənilərin tərəfində dayanmaqdan ibarətdir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun sözlərinə görə, həmsədrlər işğalçı ölkəyə vaxt qazandırmağa və ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma aparmalarına imkan yaradırlar.
"ATƏT bu ideyaya qulluq edir. Bunu hamı bilir. ATƏT-i həmişə öz çıxışlarımda, yazılarımda tənqid edirəm. Prezident İlham Əliyevin modul tipli hospitalın açılışında dediyi fikirlər yol xəritəsidir. Biz apreldəki qələbəni yenidən təkrarlaya və düşməni məğlub edə bilərik”.
Deputat hesab edir ki, Azərbaycan ordusunun gücü, qüdrəti nəinki Dağlıq Qarabağı terrorçulardan xilas etməyə imkan verir, ordumuz hətta İrəvana kimi gedə bilər.
"Prezident İlham Əliyevin çıxışı təkcə Ermənistana deyil, bütün dünyaya ciddi mesajdır. Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan ordusu Ali Baş Komandanın döyüş əmrini icra etməyə hər an hazırdır. Növbəti döyüş apreldə olduğu kimi bizim qələbəmizlə yekunlaşacaq. Heç kimin buna şübhəsi olmasın".
Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50