adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Iyul 2020 08:42
55948
ŞOU-BİZNES
A- A+

“Fotoşop”un növbəti biabırçılığı: Duyğu tənqid edildi

Texnologiya günbəgün inkişaf edir. Artıq fotoşop proqramları o qədər asanlaşıb ki, şəkillərə istənilən korrektəni etmək üçün professional olmağa ehtiyac yoxdur. Bundan sui-istifadə edən dünya ulduzları xüsusilə "İnstagram”da paylaşdıqları fotoların çoxuna əl gəzdirirlər. Rəqiblərindən daha gözəl, daha incə görünmək istəyən ulduzlardan kimi belini, kimi ayaqlarını incəldir, bəziləri də ombasını dikləşdirir. Üstəlik, bunu sadəcə artıq çəkidən əziyyət çəkənlər etmir. Beyons, hətta Miranda Kerr kimi ideal görkəmə sahib olanlar belə fotosopun imkanlarından yararlanır.

Gözəl və cazibədar görünməyin ən asan yolunu tapan ulduzlar ideal görkəmə qovuşmaq üçün özlərinə deyil, şəkillərinə əl gəzdirir, idmanla məşğul olmaqdansa, fotoşopla özlərini kəsib-biçməyə üstünlük verirlər.

Adalet.az xəbər verir ki, Türkiyənin sosial şəbəkə fenomeni Duyğu Özaslanın "fotoşop” sirri aşılıb. Beləki, məhz bu səbəbdən Duyğunun tətil fotoları geniş müzakirələrə səbəb olub.Tez-tez fit görünüşü ilə diqqət çəkən instaqram ulduzunun internetdə fotoşopsuz görüntüləri yayıldıqdan sonra hər kəs onun real halını tənqid edib, izləyicilərini aldatdığını bildirib. Özaslan isə yazılan mənfi rəylərə "mən kilolu halımla hamınızdan gözələm”,- deyə qeyd edib.


Verdiyi açıqlama sosial şəbəkə izləyicilərini daha çox qıcıqlandırdı və dahaçox tənqid, təhqir edildi. Belə münasibəti gözləməyən Duyğu daha sonra instaqramda növbəti açıqlamasını yayıb: "Şəkillərimi görmüsüz! Fotoqrafa bu qədər pis çəkdiyi üçün təşəkkür edirəm. Bulimiya nevrozdan əziyyət çəkirəm, müalicə dövründəyəm. Sağalmaq üçün mübarizə aparıram. Bu səbəbdən çəki almağım normaldır”, -deyə Duyğu söyləyib.

Əntiqə Rəşid