adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Iyul 2020 08:33
57212
ŞOU-BİZNES
A- A+

Müğənninin son halı hamını təəccübləndirdi:7 aylıq hamilə...

Məşhur aktyor Orlando Blumun nişanlısı, müğənni Keti Perri hamilədir.

Adalet.az xəbər verir ki, hələ fevral ayında 35 yaşlı ifaçı Los-Ancelesdə Cimmi Kimmelin şousuna gedərkən paparatsilər tərəfindən görüntülənmişdi. Mərcan rəngli kostyumda olan Perrinin şişmiş qarını və düyməsinin aralı qalması diqqət çəkmişdi.

Ötən ay isə müğənni "American İdol” şousunun təqdimatına qatılıb. Açıq-çəhrayı və gümüşü tonlarda boş libas geyinən Ketinin bu seçimi yayılan məlumatları daha da gücləndirib. Dünən sənətçinin 7 aylıq hamiləykən görüntülənən son halı onun pərəstişkarlarını kifayət qədər təəccübləndirib. Sanki əvvəlki Keti getmiş, yerinə başqa birisi gəlmişdir.

Qeyd edək ki, cütlük bir il əvvəl nişanlanıb.

Əntiqə Rəşid