adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Iyul 2020 10:06
67351
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏNİN ÜÇÜN...

Sən ovçumun, bir ovuyam
Kipriyinin qırovuyam...
Mən talehin girovuyam -
Sənin üçün!..

Gülmə sevgi adlı dərdə
Lap ruhumu yuyub sər də -
Gözlə qaş arası yerdə -
Sənin üçün!..

Tutduğun həsrət divanı
Yıxa bilməz eşq yuvamı...
Edirəm hər an duamı -
Sənin üçün!..

Günüm . ayım ahdan keçib
Sevdim, tay günahdan keçib!
Doğuldum, Allahdan keçib -
Sənin üçün!..