adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyul 2020 22:47
20364
İDMAN
A- A+

“Neftçi” futbolçusunu başqa kluba göndərdi - RƏSMİ

"Neftçi” Peşəkar Futbol Klubu futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

Oxu.Azxəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha bir illiyə artırılıb.

Rəhman Hacıyev gələn mövsümün sonunadək Avropa Liqasında ölkəmizi təmsil edəcək "Keşlə”yə icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi altı mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.