adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Iyul 2020 20:12
17358
İDMAN
A- A+

“Mançester Yunayted” veteranının millimizə namizədliyi müzakirə olunacaq - Tarix bilindi

Futbol üzrə milli komandamızın baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı məsələ iki gün sonra müzakirə olunacaq.

Oxu.Azxəbər verir ki, iyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi;

- Digər məsələlər.

Qeyd edək ki, irlandiyalı, "Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin millimizi çalışdırmağa əsas namizədlərdən biridir.