“Qarabağ”ın Çempionlar Liqası üçün hazırlıq məkanı və tarixi bilindi - RƏSMİ
Azərbaycan çempionu "Qarabağ” təlim-məşq toplanışı üçün Qəbələni seçib.
Bu barədəOxu.Az-a klubun direktoru Əmrah Çəlikəl deyib.
Onun sözlərinə görə, komanda Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq:
"Artıq bu şənbə (11 iyul) Qəbələyə yola düşəcəyik. Ancaq hələ hansı hoteldə qalacağımız dəqiqləşməyib. Onu deyə bilərəm ki, minimum 15 gün orada hazırlıq keçəcəyik. Lakin toplanışın neçə gün olacağına baş məşqçimiz Qurban Qurbanov qərar verəcək”.
Qeyd edək ki, gümüş mükafatçı "Neftçi” də Qəbələyə yollanacaq. Bürünc mükafatçı "Keşlə” isə Şamaxı variantını seçib. Məşq keçməsinə icazə verilən dördüncü komandamız "Sumqayıt”da isə planlar hələ dəqiqləşməyib.
Xatırladaq ki, "Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq "Neftçi”, "Keşlə” və "Sumqayıt” isə 27 avqustda keçirəcək.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03