adalet.az header logo
  • Bakı 18°C
08 Iyul 2020 19:37
15459
İDMAN
A- A+

Ronaldu Messinin rekordunu təkrarladı

"Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 2007-2008-ci illər mövsümündən başlayaraq 10-cu dəfə bir çempionat ərzində 25-dən artıq qol vurub.

Bu barədə Gazeta.ru yazıb.

Hücumçu İtaliya çempionatının 31-ci turunda "Milan”la oyunda fərqlənib. Hazırkı mövsümdə portuqaliyalı A seriyasında artıq 26 qol vurub. Ümumilikdə, Ronaldu bu mövsüm "Yuventus” forması ilə çıxdığı 39 qarşılaşmada isə 30 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Beləliklə, K.Ronaldu ardıcıl 10-cu dəfə mövsüm ərzində 25-dən artıq qol vurub ki, buna qədər sözügedən rekord"Barselona”nın argentinalıulduzu Lionel Messiyə məxsus idi.