adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Iyul 2020 19:20
15390
DÜNYA
A- A+

Kadırov Çeçenistanda toy məclislərinin keçirilməsinə icazə verdi

Çeçenistanda koronavirus pandemiyası ilə əlaqədar toy ziyafətlərinin keçirilməsinə qoyulan qadağa aradan qaldırılır.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu barədə özünün "VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Müsbət dinamikanı nəzərə alaraq,sosial məsafə tədbirlərinə riayət etməklə, toy mərasimlərinin keçirilməsinəvəmərasim zallarının açılması barədə qərar qəbul etdim. Bu cür məkanlarda oturacaqların və masaların sayı iki dəfə azaldılmalıdır”, - R.Kadırov "VKontakte” hesabında yazıb.

Qeyd edək ki, Çeçenistanda 1 795 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.