adalet.az header logo
  • Bakı 20°C
08 Iyul 2020 18:35
17384
DÜNYA
A- A+

Aya Sofyanın muzey statusu ləğv edildi

Türkiyəli jurnalist Mehmet Ardıc Türkiyə Cümhuriyyəti hökumətinin 27 noyabr 1934-cü il tarixli Aya Sofya məbədinə muzey statusunun verilməsi haqqında qərarının ləğv edildiyini açıqlayıb.

"Twitter"də xəbər verib ki, tarixi qərar Türkiyənin Dövlət Hüquq Şurası tərəfindən təsdiqlənib.

Jurnalist əlavə edib ki, Dövlət Hüquq Şurası məsələyə birdəfəlik nöqtə qoyub.

Qeyd edək ki, Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə fəal müzakirələr gedirdi.