adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyul 2020 16:18
8570
GÜNDƏM
A- A+

Prezident Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası, gəlirlər 19 030 612,8 min manat, xərclər 11 588 603,5 min manat və ya Fondun 2019-cu il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 123,2 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.