adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Iyul 2020 13:26
31387
DÜNYA
A- A+

Meri Tramp əmisi Donald Trampı biabır etdi

Meri Trampın əmisi haqqında yazdığı kitab hələ çap olunmamış ABŞ prezidenti Donald Trampın başını ağrıtmağa başlayıb. Kitabda Trampın universitet imtahanlarındakı hiylələrindən Meriyə dediyi biədəb sözlərə qədər bir çox iddia yer alıb.

Trampın başına dərd açan iki kitabdan biri də köhnə Milli Təhlükəsizlik Müşaviri Con Boltonun kitabıdır.

Meri Trampın yazdığı "Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?” adlı kitabı 14 iyulda çap olunacaq.


ABŞ mediasında Trampın əngəlləmək üçün əlindən gələni etdiyi bu kitabdan bəzi hissələr paylaşılıb. O hissələrdən birində Meri Tramp 29 yaşında ikən əmisinin Floridadakı evində yaşadığı utancverici anları yazıb.

Mar-a-Laqodakı bir nahara bikini ilə getdiyini yazan Meri onu görən Donald Trampın "Ooo, Meri, sinən necə də iridi” dediyini, "Üzünün qızardığını, sinəsini bir ədyalla bağlamaq məcburiyyətində qaldığını yazıb.

Trampın o dövrdəki həyat yoldaşı Marla Maplesin də bu hadisədən narahat olduğunu vurğulayan Meri dirsəyi ilə Trampı dümsüklədiyini yazıb.


Meri Donald Trampın imtahanlara yerinə girmək üçün bir adama pul ödədiyini də iddia edir.

O yazır ki, Tramp ata sevgisindən məhrum qaldığı üçün bu gün böyük bir narsistə çevrilib.

"Ağ Ev” kitabda yazılan fikirləri təkzib edən açıqlama verib.

"Meri Tamp və kitabının çap edən mətbəə xalqın diqqətini qazanmağa çalışır. Ancaq bu kitab yazarın maddi qayğılarının məhsuludur. Tramp 3 il yarımdır işinin başındadır. Meri niyə indi danışmağa qərar verdi?”.