adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyul 2020 13:01
23273
SİYASƏT
A- A+

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.

"Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlarmövzusunda keçirilən görüşü giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, olduqca aktual mövzuya həsr edilən tədbirdə pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyəti müzakirə ediləcək. O, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi şərtlərin bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaratdığını, bu mühitin başlıca komponentlərinin isə dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə göstərildiyini diqqətə çatdırıb. S.Qafarova qeyd edib ki, ölkə Prezidentinin dərin məzmunlu, kifayət qədər konseptual tarixi nitqi siyasi sistemin də komponentlərini və perspektivlərini əhatə etməklə siyasi konfiqurasiyada və ictimai münasibətlər sistemində yeni tarixi mərhələ kimi qiymətləndirilə bilər.


Parlamentin ölkədə həyata keçirilən siyasi islahatların daha uğurlu nəticələrlə müşayiət olunmasında mühüm rola malik olduğunu vurğulayan S.Qafarova VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirildiyini, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçildiyini, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etdiklərini xatırladıb. O deyib ki, bu addım ölkədə siyasi sistemin yeni konfiqurasiyasına yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir və artıq başa çatmış yaz və növbədənkənar sessiyalarda parlamentin uğurla fəaliyyət göstərməsi, eləcə də buna münasibətdə ümumi ictimai rəyin müsbət olması həyata keçirilən islahatların nəticəsi kimi qiymətləndirilə bilər.

Milli Məclisin Sədri həmçinin qeyd edib ki, parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparıldığını, ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yü

Digər Xəbərlər