adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Iyul 2020 12:27
16554
DÜNYA
A- A+

ABŞ rəsmi olaraq ÜST-dən çıxdı

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq Konqressə ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxdığı barədə məlumat göndərib.

"Konqress ABŞ prezidentinin ÜST-dən çıxması barədə rəsmi məlumat alıb"-deyə senator Bob Menendes bildirib.

ÜST-ün rəsmi nümayəndəsi də təşkilatlarının ABŞ-dan bu təşkilatdan çıxmaları barədə formal məlumat aldığını etiraf edib.

Hələ aprel ayının ortalarında Donald Tramp Birləşmiş Ştatların COVİD-19 yayılmasının qarşısını vaxtında ala bilməməkdə günahlandıraraq, ÜST-ə fəaliyyətlərini müvəqqəti dayandırdığını bəyan etmişdi. May ayının axırlarlnda isə amerikan lideri bəyan etdi ki, ÜST vəziyyətlə əlaqədar reformalar aparmadığı üçün ABŞ bu təşkilatla bütün əlaqələrini kəsir.

1948 -ci ildə ABŞ-ın da iştirakı ilə qəbul olunmuş qaydalara görə, üzv ölkələr ÜST-dən çıxmaq üçün üzvülük haqlarını tam ödəməklə bir il əvvəldən təşkilatı məlumatlandırmalıdı. İyun ayının sonuna ABŞ-ın bu təşkilata üzvülük haqqı borcu 198 milyon dollar təşkil edir.

Nemayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın bu qərarını "düşünülməmiş qərar" adlandırıb: "Bu tam ağılsızlıqdı. Ona görə ki, ÜST hazırda koronavirusla qlobal mübarizə aparır. Milyonlarla insan həyatı təhlükədə olduğu bir vaxta prezident virusla mübarizəyə mane olur".

Birləşmiş Ştatlatın prezidentliyə namizədi, demokrat Co Bayden isə bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri bərpa edəcək. "Prezident postunun elə ilk günündə ÜST-ə qoşiularaq dünya liderliyimizi bərpa edəcəm".

Rüstəm HACIYEV