adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyul 2020 23:14
19610
İDMAN
A- A+

“Qarabağ”ın yer alacağı səbətlər - Çempionlar Liqası

"Qarabağ”Çempionlar Liqasının 2020/21 mövsümünün ilk 2 püşkatması zamanı səpələnmişlər səbətində olacaq.

Avqustun 9-dakeçiriləcək 1-citəsnifat mərhələsinin püşkatmasında Azərbaycan çempionu 5-ci yüksək reytinqli olacaq.

Əmsalı 21,000-a bərabər təmsilçimiz "Seltik” (Şotlandiya, 34,000), "Astana” (Qazaxıstan, 29,000), "Lüdoqorets” (Bolqarıstan, 26,000) və "Srvena Zvezda”dan (Serbiya, 22,750) geri qalır.

Ertəsi gün2-ci təsnifat mərhələsində 17 cüt və mübarizəyə yeni qoşulacaq 3 komandanın rəqibləri bilinəcək. "Qarabağ”ın yer alacağı cüt yenə səpələnmiş olacaq. Burada təmsilçimiz gücünə görə 6-cı komanda sayılır.

Yuxarıda qeyd etdiyimiz 4 komandanın yer aldığı cütlərdən başqa Zaqreb "Dinamo”su da öndə qərarlaşacaq. Xorvatiya çempionunun əmsalı 33,500-dür.

Püşkü avqustun 31-də atılacaq3-cü seçmə mərhələsində "Qarabağ” böyük ehtimalla səpələnməyəcək. Çünki mübarizəyə bu raunddan başlayacaq "Olimpiakos” (Yunanıstan, 42,000) və "Slaviya” (Çexiya, 27,500) daha yüksək əmsala malikdir.

Digər 4 səpələnmiş adına isə "Seltik”, "Astana”, "Lüdoqorets”, "Srvena Zvezda”, "Dinamo” iddia edir. Üstəlik, İsveçrə və Danimarkada da çempionun yüksək reytinqli olacağı gözlənilir. Bu isə o deməkdir ki, "Qarabağ”ın səpələnmiş olması üçün bu 7 çempiondan ən azı 4-ü3-cü təsnifat mərhələsində çıxış etməməlidir. Qurban Qurbanovunkomandası "Seltik”, "Astana”, "Lüdoqorets”, "Srvena Zvezda”, "Dinamo”nun məğlubiyyəti qane edir. Təmsilçimizə İsveçrə və Danimarkada ya aşağı reytinqlinin çempionluğu, ya da güclünün erkən məğlubiyyəti lazımdır.(apasport.az)