adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyul 2020 22:31
14112
HADİSƏ
A- A+

"Məni zorla ərə verirlər" deyərək polisdən kömək istəyən qızdan ŞOK SÖZLƏR

Türkiyənin Adana şəhərində nikah masasından ağlayaraqpolisə zəng edib"Məni zorla ərə verirlər, kömək edin" dediyi iddia edilən gənc qız, ifadəsi zamanı söylədikləri ilə təəccübləndirib.

Polisə zəng edib kömək istəyərkən "Əsgərlikdəsevdiyim var, onunla evlənmək istəyirəm" deyən gənc qız ifadəsindəhər kəsi məəttəl qoyub.

İlk ifadəsindəanasının imkanı yaxşı olduğu üçünuzaqdan bir qohumu ilə təhdidlə evləndirmək istəndiyini, bir gün sonra isəifadəsinidəyişdirərək polisəzəng etmədiyini, rəfiqəsinin yığdığını, o gün nəetdiyini xatırlamadığını, zorla ərə verilmədiyini söyləyib:

"Nikah günü mən rəfiqələriməözümü pis hiss etdiyimi dedim. Rəfiqələrimdən biri bunu yanlış anlayaraqərə getmək istəmədiyimi düşünübpolisə zəng etmiş ola bilər. Nişanlımla da heç bir problemimiyoxdur. Nişanlım mənə təzyiq göstərmədi".

Qızın anası A.B isə ifadəsində "Qızım 6 ay öncəöz istəyiylə mənim uzaq qohumumolan M.T. ilə nişanlandı. Mən qızımı məcbur etmədim, hər şey öz razılığı ilə baş verib" deyib.

Milli.Az