Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO
ABŞ-ın Çikaqo şəhərində yaşayan monqolustanlı Rensenhorlu Bad həddindən artıq uzun və arıq ayaqlarıbarədə danışıb.
Bu barədə "Daily Mail” xəbər yayıb.
Boyu iki metrdən hündür olan qızın ayaqlarının uzunluğu 134,1 sm-dir. O, uzun ayaqlarından nəinki utanmır, hətta açıq-saçıq geyimləri, o cümlədən, qısa şortlarla qeyri-adi bədən quruluşunu nümayiş etdirir.
Bununla belə, uzun boyu ona müəyyən narahatlıqlara səbəb olur: Boyuna müvafiq geyim və ayaqqabı seçmək çətinlik yaradır.
Qeyd edək ki, qızın valideynləri də uzun boyları ilə seçilirlər: Atası iki metrdən bir az hündürdür,anasının boyu isə 185 sm-dir.