adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Iyul 2020 19:39
10911
SAĞLAMLIQ
A- A+

Koronavirusun daha bir simptomu açıqlandı

Stomatoloqlar koronavirusun xəstələrin ağız boşluğunda bir sıra iltihabiproseslərə səbəb ola biləcək fərqli xüsusiyyətini aşkar ediblər.

Bu barədə "İzvestiya" qəzeti yazıb.

Braziliyalı həkimlərCOVID-19-a yoluxduqdan sonraxəstəxanaya yerləşdirilən bəzi xəstələrindilində xoralar və ləkələrin, həmçinin çatların əmələ gəldiyi barədə müşahidələrini bölüşüblər. Həkimlərbunların koronavirus infeksiyası səbəbindən səhhətin sistematik pisləşməsi nəticəsində meydana gələn ikinci dərəcəli zədələnmə olduğunu bildiriblər.

Koronavirusun oral əlamətləri və simptomları arasında dadbilmə pozğunluğu, qanaxma, kandidoz, travmatik xoralar və dilin, selikli qişanın digər müxtəlif zədələnmələri də göstərilib.

Daha öncə bildirilirdi ki, koronavirusa yoluxmuş və şəkərli diabetdən əziyyət çəkən pasiyentlər ağızlarının tez-tez qurumasından şikayətlənirlər. Bu simptomun infeksiyanı müalicə etmək üçün istifadə olunan dərmanların yan təsiri ola biləcəyi istisna edilmir.

oxu.az