adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Iyul 2020 19:27
45191
ŞOU-BİZNES
A- A+

"Kişilər məni yox, mən onları seçirəm" - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ona ünvanlanan suallara cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi qadın-kişi münasibətindən söz açıb. Pərvin ünvanına yazılan "Azərbaycanda kişilərin 90 faizi sizi arzulayır" sözlərinə belə reaksiya verib:

"Gözəl vurğuladınız, kişi axtarmıran. Ətrafımda yetərincə kişi var: istər kasıb, istər pullu. Belə bir məqamda seçim ancaq mənə düşür. Mən onları seçə bilərəm, onlar məni yox. Ona görə də bu cür cümlələr qurmayın: özünə kişi, sponsor axtarır. İnanın ki, bu mənim üçün iki vur ikidir. Münasibətdə olduğum heç bir oğlan deyə bilməz ki, Pərvin mənimlə pula görə bir yerdə olub, ona nəsə etmişəm, pul xərcləmişəm.Buna başımla cavabdehəm. Kənardan elə görünür ki, Pərvin oğlanla ancaq puluna görə bir yerdədir".

Aktrisa ona özündənrazı deyənlərə isə əsəbiləşib:

"Özümdən razı olacaq səbəblərim çoxdur. Allah bir insana lazım olan hər şeyi mənə verib, əsirgəməyib: gözüm, ağzım, burnum, qaşım yerindədir. Niyə də özümdən razı olmayım?".