adalet.az header logo
  • Bakı 18°C
07 Iyul 2020 19:12
14605
HADİSƏ
A- A+

Sürət həddini aşan qadın sürücü saxlanılıb

Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsü 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib. Daha sonra onu yayımlayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, süjetlə bağlı ətraflı araşdırılma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb:

"Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb."