adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyul 2020 17:02
17745
DÜNYA
A- A+

Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib

Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib.

Adalet.az-ın məlumatına görə, yanğınlar ümumilikdə 140 min hektardan çox meşə sahəsini əhatə edir.

Ötən sutka ərzində 4,8 min hektara yaxın ərazidə yanğınlar söndürülüb. Hazırda 230-dan meşə yanğını davam edir.

Bununla əlaqədar olaraq İrkutsk vilayəti Yakutiya Respublikası, Kamçatka və Krasnoyarsk diyarlarının ərazisində tam olaraq, Buryatiya Respublikası, Amur vilayəti, Maqadan vilayəti və Çukotka muxtar mahalının bəzi rayonlarında fövqəladə vəziyyət elan edilib.