adalet.az header logo
  • Bakı 12°C
07 Iyul 2020 15:48
10039
GÜNDƏM
A- A+

Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir

Ötən ay Xidmət və onun yerli vergi orqanları tərəfindən 8 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergiödəyicisinin "Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və 4 şəxsin isə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb.

Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 17 işəgötürəndə aparılmış araşdırmalar zamanı 24 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.