adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyul 2020 09:35
47118
ŞOU-BİZNES
A- A+

Emrahdan doğma oğluna hörmətsizlik: Tayfun cavabı gecikdirmədi

Yadınızdadırsa, ötən il aparıcı Seren Serengil müğənni Əmrahın qeyri-qanuni nikahdan olan oğlu Tayfunun "Anamla işiniz olmasın, öz həyatınıza baxın” sözlərinə cavab vermişdi.Serengil Tayfunun anası ilə illər əvvəl qatıldığı verilişlərdən birindən video-görüntü paylaşmışdı.Videoda Tayfunun anasının "Atasının haqqını ödəyə bilmərəm. Onu böyüdəndə mənə köməyi oldu. Oğlumuza ağıl verib” dediyi görülür. Bu görüntüləri yayan Seren Əmrahın oğluna boş yerə reaksiya vermədiyini bildirmişdi.

O, Əmrahla oğlu arasında olan dialoqu da tamaşaçılarla bölüşüb. Serengil Tayfunun atası ilə görüşü zamanı ondan ev istədiyini deyib:

"Tayfun bu sözləri dedi: "Ata səninlə aramızda o qədər də yaş fərqi yoxdur. Nəyəsə sahib ola bilmək üçün sənin ölməyini gözləyə bilmərəm və buna görə evlərindən birini adıma keçir”.

Adalet.az xəbər verir ki, sevilən türk müğənnisiEmrah illərdir qəbul etmədiyi oğluTayfun Erdoğanınyenə də qəzəbinə tuş gəlib.


Müğənni bir neçə gün əvvəl qatıldığı bir tədbirdə mükafat aldı və sevincini bu sözlərlə vurğuladı: "Qürurluyam, xoşbəxtəm. Bu mükafata layiq görüldüyüm üçün xoşbəxtliyimi dilə gətirmək istəyirəm. Bu mükafatı oğlum Elyesa və qızım Eleysaya ithaf edirəm".

Tayfun ErdoğanEmrahın bu çıxışından sonra yəqin ki, hədsiz dərəcədə kədərlənmiş və məyyus olmuşdu. O səbəbdən də sosial media hesabında "Kimsenin vebalini alma" yazaraq, paylaşım etdi.

Emrahın doğma oğlu Tayfunu qəbul etməməsi onun sevənlərinin ona qarşı münasibətinə xeyli kölgə salıb. Qeyd edək ki, 36 ildirtürk musiqisinə xidmət göstərənEmrah oğlu ilə küsülü olması heç də birmənalı qarşılanmır.

Əntiqə Rəşid