adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Iyul 2020 14:30
21371
DÜNYA
A- A+

Kütləvi ixtişaşlar davam edir

ABŞ-ın Corcoya ştatının qubernatoru Brayn Kemp davam edən kütləvi ixtişalara görə, Atlantada fövqəladə vəziyyət elan edib.

Qubernatorun fərmanı ilə Milli qvardiyanın minə qədər hərbiçisinin şəhərə dəvət olunacağı bildirilir. Corciya ştatında kütləvi ixtişaşlar artıq bir həftədi davam edir. Zorakılıq halları getdikcə artır. Qarşıdurmalar nəticəsində 30 nəfər yaralanıb və onlardan 5-i artıq həyatını itirib.

"Qanuna zidd hərəkətlərə son qoymaq və şəhərdə sabitliyin bərpa olunması üçün, mən fövqəladə vəziyyət elan etdim və Milli qvardiyanı köməyə çağırdım. Vətəndaşlarımızın təhlükəsizliyi birinci yerdə olmalıdı. Bu tədbir dövlət əmlakının müdafiə olunmasına və hüquq mühavhizə orqanlarımızın küçələrə nıəzarət etməsinıə köməklik edəcək. Biz ştatın sakinlərini müdafiə etməliyik"-deyə öz saytlarında bildirib.

Ria Novostinin məlumatına görə Atlanta şəhərinin meri Kişa Lans Bottoms milli qvardiyanı köməyə çağırmaqdan imtina etsədə, ştatın respublikaçı qubernatoru bunu etməkdən çəkinmədi.
Atlantada etirazlar iyun ayının ortalarında afroamerikalı Reyşard Bruksun polis tərəfindən açılan atəş nəticəsində ölümündən sonra başlayıb. Prokurorluq atəş açan Qarrett Rolf adlı polis işçisini 11 maddə 
ilə ittiham edir.

Birləşmiş Ştatların bir çox şəhərlərində may ayından davam kütləvi etiraz aksiyaları səngimək bilmir. Siyasi ekspertlər bunu payızda keçiriləcək prezident seçkiləri ərəfəsi respublikaçılarla demokratların mübarizəsinin acı nəticəsi kimi qiymətləndirirlər.

Rüstəm Hacıyev