adalet.az header logo
  • Bakı 17°C
07 Iyul 2020 14:20
14685
SAĞLAMLIQ
A- A+

HƏKİMLƏRİMİZ BİZDƏN ÜZ DÖNDƏRDİ

ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 üzvü Covid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz tükənmişik deyəndə siz zarafat sayırdınız. Artıq reanimasiyalarda yatan xəstələrə baxa biləcək bir personal yoxdur. Indi gedin, sizi hər uğurunda 100 minlərlə mükafat alan idmançılar, toyunuza "əşi bir dəfə toy edirik” təsəllisi ilə 10 minlərlə verib çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin.

P.S. Dərdimiz nə puldu, nə də başqa bir maddi şey. Sizlərdən hansısa dəyər gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmayın. Özünüzdən qoruyun, Allaha əmanət olun.

Etibar Abbasov,
ATU Cərrahiyyə Klinikasının həkimi