adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyul 2020 14:15
53178
MARAQLI
A- A+

Yay istisindən xilas olmağın yolları

Əsl yay özünü göstərməyə başladı. Temperaturun+40°C dək qalxdığı günlərdə, kondisionersiz ev sanki saunadır. Belə şəraitdə gecə yuxusundan da söhbət gedə bilməz. Kondisionersiz evi sərin saxlamağın yolları varmı? Bəli, var!

Otağı sərin saxlamaq üçün isə havalandırmanı düzgün etmək gərəkdir. Bunun üçün havanın temperaturu +25°C yuxarı qalxdığı saatlarda pəncərəni bağlayın, aşağı düşdüyü saatlarda isə açıq saxlayın. Ən aşağı temperatur4:00-dan 7:00-dək müşahidə olunur. Saat 20:00-dan etibarən pəncərələri açıq saxlaya bilərsiniz.

Otağa günəş şualarının düşməməsi üçün düzgün pərdələrdən istifadə edin. Əgər evinizdəki pərdə sintetikdirsə, onu dərhal dəyişin. Bu materialdan olan pərdələr tez qızır. Otaqlarınızı günəş şualarından maksimum qorumaq üçün isə qalın kətandan olan ağ pərdələrə üstünlük verin.

Otağın havasının təmiz və sərin olması üçün yay aylarında toz yığan əşyaları yığışdırın. Misal üçün: xalçaları, divandaki yastıqları və s.

Gecə yatmazdan öncə yerləri sərin suda islanmış dəsmalla silin. Temperaturun düşdüyünü hiss edəcəksiniz.