adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS: ETİBAR BƏY, BUNLAR DİLİN ZƏNGİNLİYİDİ

AQİL ABBAS
75376 | 2020-07-09 09:27

Dostum Etibar Əliyev 1986-cıildə çıxmış «Xalqımızın deyimləri və duyumları» kitabında1400-dən çox qarğışın olduğunuyazır. Daha sonra qeyd edir:«Ümumiyyətlə, qarğışın şagird, tələbə, müəllim, professor, evdar qadın, həkim,bənna üçün nə əhəmiyyəti var?»

Dostum, ola bilsino saydığın insanlar üçün və ya mütəxəssislər üçünqarğışın heç bir əhəmiyyəti olmasın və istəmərəm də ki, kimsəkiməsə qarğış eləsin. Özü də qarğışıniki tərəfi olur, bəzən qarğış onu edəninözünü tutur.

Məsələ başqadı. Ortada dil faktoru var, dil mədəniyyəti, dilin zənginliyivar. Və bu qarğışlar da dilimizinzənginliyinə dəlalət edir.


Özü də bir çox xalqlar da öz dillərindəkinəinki qarğışları, hətta söyüşləritoplayıb dərc edirlər. Çünkio söyüşlər də dilin zənginliyindən yaranır. Elə uzağa getməyək, qardaş Türkiyədədə beləkitablar dərc olunur. Xüsusilə söyüşlərkitabı. O kitabı görmüşdüm, yadımdançıxıb dəqiq, beş minmi, əlliminmi söyüş vardı. Rəqəmfərq etməz .

Azərbaycanda da Rasim Qaracasöyüşləri toplayıb bir kitabça çap eləmişdi.

Ümumiyyətlə, söyüşsöymək və ya qarğış etmək tərbiyəsizlikdi.

Demək istəmirəm ki, bizimxalq tərbiyəsizdi, qətiyyən! Sadəcəolaraq, dildi də.

Dostum, mənim türklərdən başqa ən çox sevdiyim, hörmət etdiyimxalq yaponlardı. Bu xalq haqqında çox məlumatlıyam, çox oxuyuram onlar haqqında. Bir ara dillərini də öyrənmək istədim, sonra hövsələmçatmadı. Özü də deyim ki, yapon diliAltay dil qrupuna aiddi, türk kökənlidi. İstəsəniz bu dəqiqə sizə yapon dilində əllidən artıq söz saya bilərəm ki,Azərbaycan dilində olduğu kimiişlənir. Hətta İsmin 6 halşəkilçisi də bizim dildə olduğu kimidi.


Niyə yaponlardan misal gətirdim? Yerüzündə yeganə xalqdı ki, dillərindəsöyüş yoxdu. Bircə dənə həqarətedici ifadələrivar: «Mono hito». Tərcüməsi «pisadamsan». Vəssalam! Yəniyaponun ağlına gəlmir ki, kiməsə «eşşək» demək olar, «eşşək oğlu eşşək» demək olar və sair və ilaxır. Görünür, bəlkə dəYaponiyada heç eşşək adamyoxdu ki, ona da eşşəkoğlu eşşək deyələr.

Amma bizdə elə adam var ki, gərək ona üç«ş»la «eşşşək» deyəsən. Heç uzağa getməyək, sosial şəbəkələrdə bəzi statusları və şərhlərioxuyun.

Belə-belə işlər, dostumEtibar Əliyev. Sən hamını özarşınınla ölçmə.

Sözgəlişi. Bizdə adətənqarğışları qadınlar edir. Amma izləsəniz görərsiniz ki, qardaşTürkiyədə görkəmli siyasətçilər, hətta dövlətbaşçıları belə ağzını qarğışla açır. Onlarqarğışa «bəd dua» deyirlər.


TƏQVİM / ARXİV