adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyul 2020 12:30
45669
ŞOU-BİZNES
A- A+

Model Samirədən Dubay sərgüzəştləri: Bikinidə...

Bilirsiniz ki, azərbaycanlı model Samirə Ağayeva dəb nümayişlərində iştirak edir. O həm Azərbaycanda, həm də xarici ölkələrdə reklam çarxlarına çəkilir. Model, əsasən, Dubayda yaşayır və işləyir. S. Ağayeva "Best Fashion Model 2017", "Miss Europe 2018" və "Miss Elegant-Miss Europe 2018" titullarının sahibidir. Ötən il o, etirafı ilə diqqətləri öz üzərinə çəkə bilmişdi.


Cazibədar model varlı bir kişinin həyat yoldaşı olmaq arzusunda olduğunu etiraf etmişdi..

S. Ağayeva "Louis Vuitton Moët Hennessy" kompaniyasının prezidenti Bernar Arno kimi bir biznesmenin axtarışında olduğunu "Instagram" hesabında yazmışdı.

Amma model milyarderin həyat yoldaşı ola bilməyəcəkdi. Belə ki, B. Arno artıq uzun illərdir Elen Mersye ilə evlidir. "Bloomberg"in məlumatına görə, Bernar Arnonun ümumi var-dövləti 76,9 milyard dollar təşkil edir. Dünyanın ən zəngin insanlarının siyahısında o, dördüncü yeri tutur.


Adalet.az xəbər verir ki, əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva bu dəfə istirahət görüntülərini yayıb.O, görüntülərini "Instagram” hesabında paylaşıb.Bikinidə olan model hovuzda və dəniz kənarında pozlar verib. 

Qeyd edək ki, S.Ağayeva artıq uzun müddətdir ki, Dubay şəhərində yaşayır və orada modellik fəaliyyətini davam etdirir.

Əntiqə Rəşid